Hicran Hüseynova Fəxri Fərmanla təltif olundu

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı tərəfindən Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri xanım Hicran Hüseynova "İnsan alveri və məişət zorakılığına qarşı mübarizədə maarifləndirmə işinə vermiş olduğu töhfələrə, gənc ailələrin sosial-psixoloji problemlərinin həll olunmasında yaxından iştikarına və müvafiq qanunvericilik təşəbbüskarlığına görə" 2 Fevral Gənclər günü ərəfəsində Fəxri Fərmanla təltif olunub. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı 2004-cü ildən dövlət qeydiyyatına alınıb, Daxili İşlər Nazirliyi yanında İnsan Alverinə Qarşı Mübarizə Koalissiyasının üzvüdür.