Hicran Hüseynova Sumqayıtda şəhid  ailələri ilə görüşüb - FOTOLAR

Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Hicran Hüseynova,nümayəndəsi,Corat bələdiyyəsinin sədri və müavinləri bu gün Sumqayıtda şəhid  ailələri ilə görüşüb. 

Şəhid Əzizağa Dadaşov 2-ci Qarabağ döyüşləri zamanı hərbiyə könüllü yazılmış və vətən uğrunda baş verən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. 

Şəhid Müşfiq Abbas oğlu 2-ci Qarabağ döyüşlərində iştirak etmiş, Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

Hicran Hüseynova ailələrə dərin hüzünlə başsağlığı verərək, acılarını bölüşdüyünü vurğulayıb, hər zaman ailələrin yanında olacağını və lazımi köməkliklərin gösdəriləcəyini də nəzərlərinə çatdırıb. Ailələrə vətənə və torpağa sevgi dolu bu cür övladlar yetişdirdikləri üçün ayrıca minnətdarlığını bildirib. 

Sonda isə şəhidlərimizin valideyinləri dövlət başçısının şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.