"Hökumətdə dərman vasitələri ilə bağlı sənəd hazırlanır" - Deputat

"İnsanlar arasında dərman vasitələri ilə bağlı xeyli narazılıq var. Məndə olan məlumata görə, hökumətdə dərman vasitələri ilə bağlı sənəd hazırlanır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, belə sənədlərin hazırlanmasına mütəxəssis deputatların da cəlb olunması yaxşı olardı.

Ə.Əmiraslanov qeyd edib ki, gələn ilin dövlət büdcəsində səhiyyə xərclərində xeyli artım nəzərdə tutulub:

"Bütün bunlar əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəldəcək. İcbari tibbi sığorta uğurla həyata keçirilir. Bir qrup xəstəliklər hələ də icbari tibbi sığorta ilə əhatə olunmayıb. Onlar arasında onkoloji xəstəliklər də var. Onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması bu xəstəliyin adekvat müalicəsinə mane olur və insanların narazılığına səbəb olur”.