Hümanizm ənənəsinə sadiqlik

Növbəti əfv sərəncamı cəmiyyətin bütün təbəqələri tərəfindən sevinc hiss ilə qarşılanır

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətdə hümanizm, mərhəmət prioritet sahələrdən biridir. Dövlət başçısı hər il imzaladığı əfv sərəncamları ilə yüzlərlə məhbus azadlığına qovuşur. Cənab Prezident cənab İlham Əliyev tərəfindən martın 18-də imzalanan “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı da Azərbaycanda insan haqqlarına verilən dəyərdən xəbər verir. Artıq ənənə halını alan əfv sərəncamları məhkum haqqlarının qorunması baxımdan da əhəmiyyətlidir. Hüquqi islahatların durmadan həyata keçirildiyi Azərbaycanda bu kimi addımların atılması vətəndaş cəmiyyətinin inkişafına da mühüm töhfələr verməkdədir. Aparılan sosioloji sorğular da onu deməyə əsas verir ki, əfv sərəncamlarının imzalanması və əfv prosesinin həyata keçirilməsi hakimiyyət-xalq birliyində önəmli yerlərdən birini tutur. Bu sərəncamların cəmiyyətdə yaratdığı müsbət təsiri hesablayanda aydın olur ki, təkcə bu rəsmi sənəddə göstərilən riyazi rəqəmlə deyil, məhkum olunmuş insanların qohum əqrəbaları, yaxınlarının sevinci cəmiyyətdə müəyyən yükə malikdir. Dövlət başçısı hər bir çıxışında fəaliyyətinin bazisinin Azərbaycan xalqı olduğunu dəfələrlə qeyd edir. Ölkə vətəndaşlarının sosial müdafiə, sağlamlıq və digər problemlərini gündəmdə saxlayan Cənab İlham Əliyev əfv sərəncamları ilə də vətəndaş cəmiyyətinə misilsiz sevinc bəxş edir. Eyni zamanda bu sərəncamlar ölkədə sivil münasibətlərin formalaşmasına, hüquqi və siyasi münasibətlərin daha da inkişafına şərait yaradır.

Azərbaycanda Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə millli həmrəylik istiqamətində atdığı addımlar cəmiyyətin bütün təbəqələri tərəfindən müsbət dəyərləndirilir. Sonuncu əfv sərəncamında ömürlük həbs cəzasına məhkum olunanlarla bağlı hümanist addım atılması, əfv olunanlar arasında 28 nəfər qadının olması, jurnalist və siyasi abxışından asılı olmayaraq bir çox məhkumun azadlığa qovuşması Novruz bayramı ərəfəsində məhkum ailələrinə xüsusi sevinc baxş edib.

Ayşən Fəxrəddinqızı

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini