İCESCO: Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır

Biz buraya Azərbaycan hökumətini dəstəkləməyə gəlmişik.

Sabahinfo.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərə səfər zamanı orada dağıdılmış şəhərləri, mədəni-tarixi abidələrin məhv edildiyini görüblər:

"Bu cinayətlərə məhməkədə baxılmalıdır. Çünki bu, bəşəriyyətə qarşı törədilən cinayətdir. Ağdam vaxtilə insanlarla dolu şəhər idi. İndi orada yalnız divar qalıqları qalıb".