İcra başçısı sakinlərlə görüş keçirdi - Fotolar

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərinin iştirakı ilə səyyar qəbul keçirib.

Sabahinfo.az xəbər verir ki, qəbul 21 saylı orta məktəbin akt zalında baş tutub. Qəbulda vətəndaşlar, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar, pandemiya ilə mübarizənin uğuru və 2020-ci ilin Vətən müharibəsindən söz açıb. Elşad Həsənov Yasamal rayonu ərazisində abadlıq-quruculuq işlərinin aparıldığını və 2022-ci ildə də bu işlərin davam etdiriləcəyini diqqətə çatdırdı.

Daha sonra vətəndaşlar təklif və sorğularla müraciət etdilər. Görüşdə sakinləri narahat edən əsasən qəzalı evlərin və binaların təmiri, yol infrastrukturunun təkmilləşdirilməsi, mənzil-məişət şəraitin yaxşılaşdırılması və sosial məsələlər müzakirə edilib. İcra başçısı sakinləri narahat edən bu kimi mövzularla bağlı onlara ətraflı məlumat verib. Sakinləri narahat edən komunal problemlərlə bağlı xidmət və struktur rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib.