İctimai Birlik Zaqatala və Qax rayonlarında tədbir keçirdi

“İslam Ölkələrilə Dostluq və Mədəni Əlaqələr” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15.09.2022-ci il tarixindən icrasına başlanılan “Milli – mənəvi dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər keçirib. Tədbirlər 02.11.2022-ci il tarixində Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində, 03.11.2022-ci il tarixində Qax şəhər Etibar Babayev adına 4 №-li tam orta məktəbdə, 04.11.2022-ci il tarixində N.Allahverdiyev adına Qax şəhər 2№-li məktəb-liseydə milli – mənəvi dəyərlərimizin qorunub saxlanılmasına dair maarifləndirmə tədbirləri təşkil etdi.
Keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin nümayəndələri, məktəb direktorları, müəllim və şagird kollektivləri iştirak etdilər. İlk öncə tədbir iştirakçılarını salamlayaraq və onlara bu şəraiti yaradan rayon icra hakimiyyətinin başçılarına, icra nümayəndələrinə və məktəb direktorlarına təşəkkürünü bildirən layihə rəhbəri Gülnar Qədirova layihənin aktuallığı və məqsədi haqqında məlumat verdi. Qeyd etdi ki, mənəvi dəyərlər sisteminin əsasını ailə, böyüklərə ehtiram, humanistlik, mərhəmət, xeyirxahlıq, əxlaq, sülhsevərlik, vətənpərvərlik, dini dəyərlərə hörmət təşkil edir. Onların qorunması daim dövlətin diqqət mərkəzindədir. Bu gün şəhid ailələrinin, müharibə veteranlarının, valideyn himayəsindən məhrum olmuş uşaqların, aztəminatlı ailələrin, fiziki imkanları məhdud insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunması həm sosial, həm də mənəvi sahədə həyata keçirilən siyasətin bariz nümunəsidir.
Daha sonra geniş məlumat vermək üçün sözü təlimçi-ekspert Rəşad Əhmədova verdi. Təlimçi də öz növbəsində şagirdlərlə diskussiya şəklində mövzu haqqında söhbətlər apardı.
Tədbirlərdə şagirdlərə layihə çərçivəsində nəşr edilmiş maarifləndirmə xarakterli bukletlər, dəftərxana ləvazimatları, üzərində donorun və ictimai birliyin loqosu, layihənin adı qeyd olunan qısaqol köynəklər və papaqlar paylanıldı.