İlham Əliyev Bakıda Serbiya prezidenti ilə bunları müzakirə edəcək

Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə qaz, elektrik enerjisi və silah təchizatı məsələlərini müzakirə edəcək.

Sabahinfo.az xəbər verir ki, bu barədə o, Bakıda Serbiyanın Pink telekanalına müsahibəsində bildirib.

"Biz elektrik enerjisindən qaza qədər enerji məsələlərinə dair danışıqları gözləyirik. Həm hərbi sənaye, həm də bilik və texnologiyaların transferi ilə bağlı mühüm danışıqlar gözlənilir", - Vuçiç qeyd edib. 

Serbiya prezidentinin saytında yerləşdirilmiş mesajda onun Bakıda Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevlə də görüşəcəyi bildirilir.