İlham Əliyev: "Laçın və Zəngilanda da aeroport tikmək planımız var"

Planda Laçın və Zəngilanda da hava limanının tikintisi var.

Sabahinfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Dövlət başçısı bildirib: "Bizim azad olunmuş ərazilərdə aeroport tikmək istəyimiz tək Füzuli ilə yekunlaşmır. Laçın və Zəngilanda da aeroport tikmək kimi planımız var".