"İndi nikah müqaviləsinin bağlanmasını məcburi edək?" - Deputat

"Azərbaycanda nikaha girənlər arasında nikah müqaviləsi bağlayanların sayı çox azdır".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə deputat Sədaqət Vəliyeva deyib. O bildirib ki, mən keçən il özüm araşdırma apardım və gördüm ki, cəmi iki gənc arasında nikah müqaviləsi bağlanmışdı.

"Onlar da xaricdə təhsil alıb gəlmiş gənclər idi. Nikah müqaviləsi mütləq bağlanmalıdır. Bizdə deyirlər ki, bu məcburi deyil. Əvvəllər nikah üçün tibbi yoxlanışa getmək deyilsəydi, heç kim razı olmazdı. Amma qanunvericiliklə icbari ediləndən sonra hər kəs gedir. İndi nikah müqaviləsi bağlanmasını da məcburi edək? Axı dünyanın heç bir yerində bu, məcburi deyil".