İnkişafın keyfiyyətcə yeni strateji mərhələsi

Azərbaycan öz inkişafının keyfiyyətcə yeni  strateji mərhələsinə daxil olub. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə postpandemiya və postkonflikt  mərhələsinin çağırışlarına dolğun şəkildə cavab verməkdən  ötrü "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” hazırlanıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

1.Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2.Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3.Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4.İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5.Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.   

 44 günlük vətən müharibısindəki şanlı qələbəmizin məntiqi diqtə edir ki, postkonflikt mərhələsində də biz rəqəmsal iqtisadiyyatın və innovasiyaların davamlı inkişafına nail olmaqdan ötrü bütün sahlərdə,iqtisadiyyatda, elmdə, təhsildə və digər sahələrdə  rəqabət qabiliyyətli olmalıyıq. Bu kontekstdə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sırasında  birinci prioriteti kimi yer alan “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” formalaşdırmaq,eləcə də üçüncü prioritet olaraq “dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət” qurmaqdan ötrü “Qarabağa Böyük Qayıdışın” potensil imkanları və digər məqamlarını da nəzərə almaqla aşağıdakı tədbirlərin sistemli və ardıcıl şəkildə həyata keçirilməsi obyektiv tələbata çevrilib:

1. Neft amilinin dominant roluna əsaslanan iqtisadi inkişaf modelindən insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin sürətləndirilməsinə yönəlik islahatların dərinləşdirilməsi, xüsusən də  struktur islahatları, institutsional dəyişikliklər,iqtisadiyyatın şaxələnmənin dərinləşməsi, iqtisadi azadlıqların genişləndirilməsi,modernləşmə və innovativ təşəbbüslərə geniş meydan verilməsi sahəsində əsaslı tədbirlərin optimal müddətdə reallaşdırılmasının təmin edilməsi.

2. Yeni modelin reallaşdırılmasında  qlobal iqtisadiyyata cəlb edilən informasiya-kommunikasiya  sistemləri, iqtisadiyyatın rəqəmsallaşdırılması, biotexnologiya, fotonika və sair bu kimi sahələrin inkişaf etdirməsi sahəsində qlobal tendensiyalarla ayaqlaşmanın təmin edilməsi,eləcə də iqtisadiyyatın şoklara dayanıqlılığının yüksəldilməsi. 

3. İdarəetmənin fəlsəfinin yeni modelin tələblərinə uyğunlaşdırılması,onun təşkilatı strukturunun  əsaslı surətdə təkmilləşdirilməsi,səmərəliliyinin yüksəldilməsi, o cümlədən regional idarətmənin və dövlət şirkətlərinin idarə olunmasında səmərəliliyin təmin olunması istiqamətlərində kompleks tədbirlərin həyata keçirilməsi. 

4. Məhkəmə-hüquq sistemində islahatların  genişləndirilməsi, dərinləşdirilməsi, sürətləndirilməsi, qanunun aliliyinin təmin edilməsi. istiqamətində fundamental tədbirlər görülməsi

5. Korrupsiya,monopoliya,inzibati maneələrin aradan qaldırılması   və məmur özbaşınalıqlarına qarşı səmərəli fəaliyyət göstərən işlək mexanizimlərin hazırlanması və sistemli şəkildə həyata keçirilməsi. Məmur sahibkarlığı və ondan qaynaqlanan inhisarçılığıa qarşı mübarizəyə başlanılması,eləcə də daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi.Qlobal ərzaq bazarlarında bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması və ərzaq təhlükəsizliyinin təminatının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin genişlndirilməsi. 

6. Kölgə iqtisadiyyatının dairəsinin məhdudlaşdırılması və onun leqallaşdırılması mümkün olan və həm də məqbul sayıla bilən hissəsinin leqal iqtisadi dövriyyəyə cəlb edilməsi. 

7. Rəqabətli insan kapitalının formalaşması prosesinin sürətlndirilməsinə xidmət edən islahatların həyata keçirilməsi. 

8. Vətəndaşların sağlam həyat tərzinin təmin olunmasına yönəlik islahatların həyata keçirilməsi və vətəndaşların sağlam həyat tərzinin təmin olunmasına yönəlik islahatların həyata keçirilməsi

9. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi.

10. Ümumi daxili yığımın yüksək səviyyədə saxlanılmasının iqtisadi artımın sürətləndiriulməsinin  əsas amillərindən birinə çevrilməsinin təmin edilməsi, dövlət sərmayələrinin və xüsusi sərmayələrin iqtisadi artıma və əmək məhsuldarlığının yükəslməsinə təsirinin gücləndirilməsi istiqamətində postpandemiya və postkonflik dövrünün çağırışlarına uyğun təsirli tədbirlər görülməsi, ağırlıq mərkəzinin xarici şirkətlərin dövlət investisiya layihələrində iştirakından qeyri neft sektoruna birbaşa xarici investisiyalara keçirilməsi istiqamətində əlavə əsaslı tədbirlərin görülməsi,orta perspektivdə sərmayə qoyuluşlarının artım tempini ÜDM-in artım tempindən yüksək səviyyəyə qaldırılması və sərnayə qoyuluşlarının iqtisadi artım tempinə əmək məhsuldarlığına təsirini gücləndirməkdən ötrü paralel suratdə həm sərmayə qoyuluşlarının  kəmiyyətinin  ÜDM-in hazırkı 16 faizinin altından 25 faizin üstünə qaldırılmasının təmin edilməsi və həm də ondan istifadənin səmərəliyinin əsaslı surətdə yaxşılaşdırılması, sərmayə qoyuluşlarında tikinti-quraşdırmaya sərf edilən hissəsnin payının azaldılması,elmə,təhsilə,elmi-texniki tərəqqinin sürətləndirilməsinə, qabaqcıl texnika və texnologiyaya, emal sahələrinə  yönəldilən hissəsinin payının,həmçinin sərmayə qoyuluşunun hər  manatından istifadənin səmərəliliyinin artırılması təmin edilməsi.

11. Kreditlərin iqtisadiyyatın real sektoru ilə əlaqəsinin optimallaşdırılması, iqtisadi artıma təsirinin gücləndirilməsi, əhalinin tələbatının xeyli hissəsinin yerli istehsal hesabına ödənilməsində və qeyri-neft ixracının ahəmiyyətli dərəcədə artmsında ciddi amilə çevrilməsi istiqamətində postpandemiya və postkonflik dövrünün çağırışlarına uyğun təsirli tədbirlər görülməsi; hər il Azərbaycan iqtisadiyyatına yönəldilən 15 milyard manat ətrafında olan kreditlərin  ilkin olaraq heç olamasa 1,5 milyard manatını,yəni cəmi 10 faizini qeyri neft sektorunda müasir tələblər səviyyəsində real nəticələri olan perspektivli layihəılərin reallaşdırılmasına yönəldilməsi. 

12. Dövlətin,biznesin və qabaqcıl texnologiyanın effektiv kombinasiyasına əsaslanan innovativ fəaliyyətin dairəsinin,eləcə də bu qəbildən olan  layihələrin həyata keçirilməsinin dairəsinin genişləndirilməsi.Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın innovativ inkişafın,elm və texnikanın qabaqcıl nailiyyətlərinin istehsala tətbiqinin genişləndirilməsinin, iqtisadi artımın,əmək məhsuldarlığının  və məşğulluğun artılmasının başlıca mənbəyinə çevrilməsi istiqamətində əsaslı tədbirlərin həyata keçirilməsi,işgüzar mühitin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, əlverişli investisiya mühiti və sabit institusional mühitin formalaşdırılması,emal sahələrinə yönəldilən sərmayələrin artırılması, sahibkarlığın təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılmalısı istiqamətində əlavə tədbirlərin görülməsi, vergi və gömrük sisteminin  sahibkarlıq fəaliyyətinin təşviqləndirilməsi funksiyasının güclındilməısi və bu əsasda ölkədə qeyri-xammal istehsalının və ixracının əsaslı surətdə artırılması mərhələsinə keçilməsi. 

13. Real və səmərəli fəaliyyət göstərən fond bazarının inkişafının təmin edilməsi; rəqabətli insan kapitalının inkişafının sürətləndirilməsi, rəqabətədavamlı yeni iş yerlərinin açılması işinin sürətləndirilməsi ilə paralel olaraq əmək haqqları, pensiya  və müavinətlərin artırılması istiqamətində addımların davam etdirilmsi, əhalinin alıcılıq qabiliyyətinin artması,orta təbəqənin dairəsinin genişləndirilməsi istiqamətində köklü islahatların həyata keçirilməsi.  

14. Şəffaflıq, hesabatlılığın,ictimai nəzarətin  gücləndirilməsi istiqamətlərində kompleks və sistemli tədbirlərin həyata keçirilməsi və sair bu kimi problemlərin həllinin sürətləndirilməsinə nail olmaqla Azərbaycanda iqtisadi artım templərinin dünyanın orta statistik artım templərini üstələməsinin və bu əsasda əhalinin güzəranının yaxşılaşdırımasının iqtisadi əsaslarını möhkəmləndirməsinin təmin edilməsi. 

Əli Məsimli

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində çap olunur