İnvestisiya fəaliyyəti sahəsində prioritetlər açıqlanıb

Sabahinfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb. 

Layihəyə əsasən, investisiya fəaliyyəti sahəsində aşağıdakı investisiya layihələri üzrə bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan investisiya təşviqi tədbirlərinə üstünlük verilir:

- iqtisadiyyatın texnoloji tutumunu artıran, innovasiyaların tətbiqinə və inkişafına yönələn investisiya layihələri;

- ekoloji təmiz texnologiyaların tətbiqinə əsaslanan, ətraf mühitin sağlamlaşdırılmasını, təbii sərvətlərdən səmərəli istifadəni nəzərdə tutan investisiya layihələri;

- əhalinin sağlam həyat tərzinin inkişafını dəstəkləyən investisiya layihələri;

- iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönələn investisiya layihələri; 

- müasir tələblərə uyğun bilik və bacarıqların formalaşmasını şərtləndirən investisiya layihələri.