İqtidarın uğurlu siyasətini görüb, kimsə müxalifət olmaq istəmir

4 il öncə bu gün, yəni 11 Aprel 2018-ci il tarixində əhalinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə səs verdi, yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev 2 (iki) il sonra 10 Noyabr 2020-ci il tarixində bütöv Qarabağ zəfərini öz xalqına qazandırdı, xalqın alnından xəcalət tərini əbədi olaraq sildi, xalqın ona olan etimadını həm də böyük zəfərlə doğrultdu. Bu seçkilərə Beynəlxalq rəyin şəffaf, demokratik seçkilər deməsi isə, məhv olmuş, xar olmuş düşmənləri, daha da məhv etdi, daha da xar etdi. Bu gün düşmənlər nəinki Prezident İlham Əliyevin uğurlu siyasətini qısqanır, hətta onun sağlamlığını, sağlam fiziki görünüşünü, xoşbəxtliyini, təmkin və səbirini, vətəndaşlarla mehriban və səmimi münasibətini qısqanır və paxıllıq edirlər.

Bu gün Cənab Prezident İlham Əliyev nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış edir və bir çox məsələlərdə beynəlxalq aləm onun rəyinə hörmətlə yanaşır. Bu xalqın doğru seçim etdiyinə bariz nümunədir və yalnız uğurlu xarici siyasətin hesabına mümkündür. Prezident İlham Əliyevin bu gün apardığı ideal xarici siyasəti, heç bir dövlət apara bilmir, bu cəhətdən çox geridə qalır dünya liderləri Cənab Prezident İlham Əliyevin yanında.

Prezident İlham Əliyev sözün əsil mənasında 2018-ci ildə xalqın ona olan etimadını yüz faizlik doğrultdu. Artıq bu gün Prezident seçkiləri təkrar keçirilərsə, 2018-ci ildə ki kimi 90 faizə yaxın səs çoxluğu ilə yox, 100 faizliq səslə qalib gələcək Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyev. İqtidarın uğurlu siyasətini görüb, kimsə müxalifət olmaq istəmir artıq.

Prezident İlham Əliyev 19 illik fəaliyyəti zamanı, Yeni Azərbaycan Partiyasının nüfuzunu çox yüksəklərə ucaltmışdır. Cənubi Qafqazın ən böyük, ən nüfuzlu partiyasına çevirmişdir Yeni Azərbaycan Partiyasını.

Azərbaycanı beynəlxalq müstəvidə söz və nüfuz sahibinə çevirən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin zəhməti hesabına nüfuzu hər gün daha da artan Yeni Azərbaycan Partiyası, əbədi olaraq öz adını dövlətimizin tarixinə həkk etmişdir. YAP Əsrlər keçsədə, Azərbaycan dövlətinin tarixində hər zaman, dövlətimizin işıqlı sabahlarında etibarlı bünövrə kimi xatırlanacaqdır.

Mircalal Mehdiyev
Lənkəran rayonu Moğonojoba kənd sakini