İranın nüvə danışıqları yenidən dayandırıldı

İran xarici işlər nazirinin müavini və Baş müzakirəçi Əli Baqeri Sosial media hesabından yaydığı açıqlamada bu barədə doanışıb. O :”Dünən tərəflərlə məsləhətləşmələrdən sonra Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin Baş katibinin müavini və siyasi direktoru Enrike Mora ilə bir araya gələrək mövcud vəziyyəti və gələcəkdə atılası addımları qiymətləndirdik. İrəliləyiş əldə etdiyimiz danışıqlar çərçivəsində bu gün birgə komissiyanın iclası keçiriləcək. Daha sonra danışıqlar bir neçə gün dayandırılacaq”-deyə Baqeri bildirib.

Qeyd edək ki, İranın nüvə sazişinin həyata keçirilməsinin təmin edilməsi və ABŞ-ın razılaşmaya qayıtması kimi məsələlərin müzakirə olunduğu danışıqlar təxminən 5 aylıq fasilədən sonra noyabrın 29-da Aİ rəsmisi Moranın sədrliyi ilə yenidən başladı. Danışıqlarda Rusiya, Çin, Almaniya, Fransa, Böyük Britaniya və İrandan yüksək səviyyəli nümayəndələrin iştirakı ilə davam etdi. Lakin tərəflərin razılığa gələ bilməməsi səbəbindən bir həftə dayandırılan danışıqlara dekabrın 9-da yenidən start verildi.