İraqda görüş

2023-cü il 8-12 noyabr tarixlərində Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə və Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov İraq Respublikasının Bağdad şəhərində səfərdədirlər. 

Səfər çərçivəsində Milli Məclisin deputatları İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Cabbar-əl Kinani, İraq Respublikası Nümayəndələr Şurasının Xarici əlaqədar komitəsinin sədri Dilan Qafur Saleh və komitə üzvü Heydər Əl Səlami ilə görüşlər keçirmişlər. Görüşlər zamanı nümayəndə heyətinin üzvləri ölkələrimiz arasındakı tarixi əlaqələrdən söz açaraq Azərbaycanın İraqla həm dövlətlərarası, həm də parlamentlərarası münasibətlərinin yüksək səviyyədə olduğu qeyd ediblər. Görüşdə həmçinin Azərbaycan və İraq arasında ikitərəfli parlamentlərarası əlaqələrin genişləndirilməsi və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın koordinasiyası məsələləri müzakirə olunmuşdur.