İrəvanın başqa alternativi yoxdur

“Beynəlxalq aləm və güclər Azərbaycan Cənubi Qafqazda  real güc və söz sahibi olduğunudan onu ciddi aktor kimi qəbul edib, onunla hesablaşırlar. Son günlərdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində atılan addımlar, Qarabağ və Şərqi Zəngəzurda baş verən proseslər, yeni Laçın yolunun reallaşması  məhz bunun açıq formada təzahürü idi. Bu baxımdan da artıq  bölgədə marağı olan güclər də bu reallığı qəbul etdiyindən İrəvanı Bakının şərtlərini qəbul edib, onunla razılşamağı tövsiyyə edir”.

Bunu “Ölkə.Az”a açıqlamasında deputat Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, lakin bəzi ölkələrə bölgədə dayanıqlı sülhün təmin olunmasında elə də maraqlı görünmədiyindən İrəvanı  sabitliyi pozub gərginlik yaratmağa sövq edir. “Amma unudurlar ki, nə həmin ölkələrin, nə də Ermənistanın bu cəhdləri nəticə verməyəcək. Bundan uduzan tərəf olacaqsa da,  o da Ermənistan olacaq. Necə ki, indiyədək yürütdüyü işğal siyasətinin bədəlini ödəyir, bundan sonra hələ çox bədəl ödəməli olacaq”- o qeyd edib.
 Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin son müsahibəsin də verdiyi xəbərdarlıq mesajı da bununla bağlı idi: “Cənab Prezidentin verdiyi mesaj bundan ibarət idi ki, Azərbaycan bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyir və bunda maraqlıdır.  Əməli fəaliyyəti ilə də buna xidmət edir. Amma bəzi qüvvələr və Ermənistan bunda elə də maraqlı görünmür.
Prezident bəyan etdi ki, ona görə də Ermənistan odla oynamasın, bunun fəsadı ağır olar.  Odur ki, nə qədər gec deyil, reallığı qəbul edib, buna uyğun hərkət etsinlər. Onsuz da Ermənistanın  Azərbaycanın şərtlərini qəbul etməkdən başqa alternativi yoxdur.  Etməyəcəksə buna məcbur ediləcək. Hər hansı təxribatın sonu acı sonluqla nəticələnəcək. Avqustun əvvəlində separatçıların təxribatına cavab olaraq həyata keçirilən “Qisas” əməliyyatı, Laçın şəhərindən yan keçməklə istifadəyə verilən yeni yol və yaxud da Laşın şəhərində, Zabuxda, Susda olan ermənilərin köçürülməsi kimi... Ona görə də  ermənilər anlamalıdır ki, bundan sonra hər hansı destruktiv mövqe və ya dirəniş onlara  baha başa gələcək.

Hər kəs yerini bilməli və hoqqabazlıqdan əl çəkməlidir. Əks təqdirdə dəmir yumruq hoqqabazlıq edənlərin təpəsinə enəcək”.