“İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır”

“70 il sovetlər dövründə dinə və inaclara qarşı siyasət yürüdülsə də İslam dəyərlərimizə bağlılığımız xalımızı ruhundan heç vaxt ayıra bilməmişdi. Düzdür, məscidlər bağlanmışdı, açıq şəkildə ibadətlər qadağan olunmuşdu. Amma insanların ürəyində Allaha bağlılıq həmişə yaşayıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib. Onun sözlərinə görə, İslam dəyərlərinə bağlılığımız dövlət səviyyəsində qorunub saxlanılır: “Müstəqilliyimizə qovuşanda dövlət rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev də İslam dininə bağlılığımızı və hörmətlə yanaşdığını açıq şəkildə ifadə etdi. Dövlət rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev ailə üzvüləri ilə birlikdə Məkkəyə həcc ziyarətinə gedərək ölkəmizin gələcəyi üçün öz dualarını etdi.

Bu gün artıq torpaqlarımız azad olunub və ölkəmiz sözün əsl mənasında öz müstəqilliyinə qovuşmuşdur. Dinimizə bağlılq və məscidlərə xüsusi diqqətlə yanaşılamsı Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək hörmət və ehtiramla hər zaman ifadə olunur”.

Deputat sözlərinə belə davam edib: “Bu gün ölkəmizdə 2 minə yaxın məscid fəaliyyət göstərir ki, bu məscidlərin yenidən qurulması üçün dövlət başçımız sərəncamlar imzalamış, dövlət büdcəsindən vəsaitlər ayrılmışdır. Yeni tikilən məscidlərin açılışlarında Prezident İlham Əliyevlə Mehriban xanım Əliyeva bir yerdə iştirak edirlər. Məscidlərin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir.

İşğaldan azad etdiyimiz ərazilərdəki 67 məscid erməni vandalları tərəfindən dağıdılıb təhqir olunmuşdu. Amma cənab Prezident və Mehriban xanım o dağılmış məscidlərə daxil olanda İslam dinin qaydalarına yüksək riayət edir və yenidən qurularaq bərpası üçün tapşırıqlarını verir. Mehriban xanım tərəfindən işğaldan azad olunmuş ərazilərdəki məscidlərə müqəddəs Quran kitabı hədiyyə edilmişdir.

Bu gün Şuşa şəhərindəki üç məscid məhz Heydər Əliyev Fondu tərəfindən bərpa edilir. Ölkəmizdə dini kadrların hazırlanması üçün ölkə başçımızın sərəncamı ilə İlahiyyat İnstitutu tikilərək cari ilin 11 aprelində istifadəyə verilmişdir. Bu institutda dini biliklərə yiyələnmiş mütəxəsislər hazırlanır ki, bu da ümumən ölkədə İslam əxlaqının formalaşmasına xidmət edəcəkdir.

Təbii ki, dövlət başçımızın dinimizə və Allaha bağlılığı digər dinlərə də hörmətlə yanaşmasında da özünü göstərir. Ölkəmiz dini müxtəlifliyi ilə zəngindir. Məhz bütün dinlərə hörmətlə yanaşmağımızın göstəricisidir ki, ölkəmizdəki kilsələr və sneqoqlar da dövlət vəsaiti ilə bərpa olunaraq möminlərin istifadəsinə verilmişdir. Həm də bütün dinlərin və konfensiyaların fəaliyyəti üçün Prezidentin ehtiyat fondundan mütəmadi maliyyə vəsaitləri ayrılır.

Ölkəmizdə konstitusiyala dövlət dindən ayrı olsa da, dövlət din münasibətləri yüksək səviyyədə inkişaf edir. Qeyd etdiyim kimi dini dəyərlərin qorunması və inkişaf etdirilməsində dövlət hər zaman öz dəstəyini göstərir”.