İspaniyadan Türkiyəyə yaşıl işıq

NATO-nun Türkiyəni qorumaq səylərini dəstəkləmək üçün Adanada yerləşdirdiyi “Patriot” raketdən müdafiə sistemi və məsul hərbçilərin qardaş ölkədə qalması üzadılıb. SABAHİNFO.AZ xəbər verir ki, bununla bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akar ispaniyalı həmkarı Marqarita Robles razılığa gəliblər. Razılaşmaya görə, sözügedən texnika və şəxsi heyət 2023-cü ilə qədər Türkiyədə qalacaq. 

Qeyd edək ki,  Hollandiyanın “Patriot” raketdən müdafiə sistemi 26 yanvar 2013-cü ildə Suriyadan Türkiyəyə hücum təhlükəsinə qarşı yerləşdirilib. 2015-ci ilin yanvarında bu vəzifəni Hollandiyadan təhvil alan İspaniya o vaxtdan bu missiyanı davam etdirir. İspaniyanın Türkiyənin hava hücumundan müdafiəsinə dəstək üçün göndərdiyi, Adanada yerləşdirilmiş “Patriot” raketdən müdafiə sisteminin mandatı 2022-ci ilin sonunda başa çatırdı.