Junior Ronaldo "Real"a qayıtdı

Kriştianu Ronaldonun oğlu Junior Ronaldo yenidən “Real”ın akademiyasına qayıdıb.

Sabahinfo.az  xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

O, Madrid təmsilçisinin 14 yaşlılardan ibarət komandasında çıxış edəcək. 

Qeyd edək ki, Ronaldonun oğlu bundan öncə atasının çıxış etdiyi klubların aşağı yaş qruplarında oynayıb. Ronaldonun da yenidən “Real”a qayıdacağı bildirilir.