Keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə vəfat edib

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Bu barədə Sabahinfo.az-a onun ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Qeyd olunub ki, sabiq nazir ürək çatışmazlığından vəfat edib.