Komidə ənənəvi nərd çempionatı keçirilib

Rusiya Federasiyasının Komi Respublikasındakı Xalqlar Dostluğu Evində  “Azərbaycan” milli-mədəni muxtariyyəti və onun sədri Akif Mikayılovun təşkilatçılığı ilə ənənəvi nərd çempionatı keçirilib. Bu haqda “Sabahinfo.az”a  “Azərbaycan” milli-mədəni muxtariyyətinin sədri Akif Mikayılov məlumat verib.
Çempionatda 35 iddiaçı iştirak edib. Seçmə mərhələni 16 ən yaxşı oyunçu keçib. Ən gərgin oyunlar yarımfinal mərhələsinə düşüb. Yenə də nərddə hər şey taktika və ayıq hesablama ilə həll olunmur – çox vaxt  şans matçın gedişatına müdaxilə edir.
Nəticədə Sergey Podvornyak və İqor Popov üçüncü və dördüncü yerləri tutaraq finala bir addım qalmış yarışı tərk ediblər. Həlledici oyunda isə bəxt həmyerlisi Azər Əsgərova qalib gələrək çempion olan Maqsud Tahirovun üzünə gülüb.
Oyunlar gərgin keçməsinə baxmayaraq, çempionat isti və mehribanlıq şəraitində baş tutub. İştirakçılar çay içib, oyunların nəticələrini müzakirə edib, başqalarının qələbələrinə özlərininki kimi seviniblər.

Nərd və lövhələr xüsusi diqqətə layiqdir. Azərbaycanda onların bəzədilməsi bədii sənətkarlığın mühüm tərkib hissəsidir, bəzi nümunələr isə əsl sənət əsərləridir. Son yarışda sadə lövhə yox idi. Hər şey ən yaxşı ənənələrdədir: rəngarəng, parıltılı, maraqlı şəkildə rəsm, oyma, yandırma ilə bəzədilib.
İlk üç yeri tutan oyunçulara diplom, eləcə də nərd, simsiz elektirik yükləyici və s. hədiyyələr təqdim edilib.

Qalibləri təbrik edirik!

image-2a324064-af1e-4327-9e3d-e6efd4135a4f

image-90cb2eaf-4958-4a74-8f7d-8b9966d8fbcf

image-9f14f4e4-19d4-48c9-9b31-3abf526246e2

image-1fcec0ba-3f15-4be5-94e7-314733879785