Konstitusiya Məhkəməsinin hakimi vəfat etdi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.

Sabahinfo.az-ın məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2016-cı ildə Prezidentin sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilib.