Konte İngiltərə Premyer Liqasının ən çox maaş alan məşqçisi olacaq

“Tottenhem” klubunun rəhbərliyi baş məşqçi Antonio Konte ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Mənbə iddia edir ki, İngiltərə klubunun rəhbərliyi italiyalı mütəxəssisə 23 milyon avro məvacib təklif edərək onu İngiltərə Premyer Liqasının ən çox maaş alan məşqçisi etmək qərarına gəlib.

Qeyd edək ki, Antonio Konte 2021-ci ilin noyabrından “Tottenhem”i çalışdırır. Məşqçi ilə klub arasında müqavilə 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.