Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi 

Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Sabahinfo.az xəbər verir ki, Deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə fikir mübadiləsi aparıb.

Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında işlə təmin olunma, sığınacaqla təmin olunma, sosial yardım və cinayət işi ilə bağlı məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, deputat Könül Nurullayevaya çatdırdırılan bütün müraciətlər qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.