Kosmosda ilk Azərbaycanlı

8 iyun 2024-cü ildə ABŞ-nın Meksiko ştatında yerləşən “Spaseport” kosmodromundan yola düşən “Galactic 07” heyətinin üzvləri arasında Türkiye astronavtları Alper Gezeravçı və Tuva Cihangir Atasever də vardı. Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və Türkiye Bilimsel ve Teknolojik Araşdırmalar Kurumu (TUBİTAK) tərəfindən seçilmiş Türkiyənin ilk astronavtları Alper Gezeravcı və Tuva Cihangir Atasevər 36 min namizədin arasından seçilmişdilər.

Astronavtları yola salanların əllərində Türkiyə və Azərbaycan bayraqları birlikdə dalğalanırdı. Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangirin geyim formasında da iki qardaş ölkənin bayraqları həkk olunmuşdu.

İlk milli astronavtlarımız təxminən 1 saat 10 dəqiqə ərzində kosmik uçuş həyata keçirdikdən sonra uğurla Yerə eniş ediblər. “Spaceport” kosmodromunda astronavtlarımız yenə də Türkiyə və Azərbaycan bayraqları ilə qarşılanıblar. Türk astronavtlarının bu uğurlu missiyası “Bir millət – iki dövlət” siyasətinin təkcə Yerdə deyil, fəzada da həmişəyaşar olduğunun göstəricisi oldu.

Yerə enişindən sonra jurnalistlərə açıqlama verən həmyerlimiz Tuva Cihangir Atasevər uçuşun uğurlu keçdiyini qeyd edərək kosmosda aparılması nəzərdə tutulan bütün elmi sınaqların müvəffəqiyyətlə yerinə yetirildiyini bildirib.

Bütün türk dünyası üçün əlamətdar olan bu tarixi missiya uğurla nəticələndi. Lakin daimi axtarışlarda və inkişafda olan Türk elmi və texnologiyası bununla kifayətlənmək fikrində deyil. TÜBİTAK Başkanı Prof. Dr. Hasan Mandalın sözlərinə görə, Alper Gezeravçı və Tuva Cihangir Atasevər araşdırmaçı astronavt təhsili alıblar. Professor Mandal qeyd edib ki, astronavtlarımız bu kosmik uçuşu elm və araşdırma missiyası olaraq həyata keçirdilər və “Biz də kosmosdayıq” məqsədimizi və iradəmizi gerçəkləşdirdilər. Gələcək missiyamızın 2026-cı ildə Aya eniş olacağını bildirən professor Hasan Mandal Ay səthində astronavtlarımız tərəfindən daha geniş elmi araşdırmaların aparılacağını bildirib.

Cavansir Feyziyev

Milli Məclisin deputatı