"Laçın dəhlizinin birtərəfli qaydada açılması planları hazırlanır" - Paşinyan

"Laçın dəhlizinin birtərəfli qaydada açılması planları hazırlanır".

Sabahinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan nazirlər kabinetinin bugünkü iclasında deyib. 

"Biz mötəbər məlumat almışıq ki, Qarabağdan çıxışa icazə vermək və girişin qarşısını almaq üçün Laçın dəhlizinin birtərəfli qaydada açılması planları hazırlanır. Vəziyyətdə yeganə dəyişiklik odur ki, Qızıl Xaç və Rusiya sülhməramlı qoşunları vasitəsilə Laçın dəhlizi ilə müalicəyə ehtiyacı olanların və digər vətəndaşların müəyyən hərəkəti həyata keçirilir", - deyə Ermənistan rəhbəri vurğulayıb.