"Laçın" postunda erməni TƏXRİBATI - VİDEO

Bu gün Laçın buraxılış məntəqəsində ermənilərin növbəti təxribatının qarşısı alınıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Real TV-nin baş redaktoru Mahir Məmmədli məlumat verib.

Onun sözlərinə görə, ermənilər bu dəfə də özlərini rüsvay ediblər:

“Beynəlxalq Qırımızı Xaç Komitəsinin xətti ilə ermənilərin Qarabağdan Ermənistana keçidi təşkil olunmuşdu.

Maşın karvanında 10 avtomobil var idi. Bu karvanın içərisindəki ambulansın ara şüşəsində qondarma "Dağlıq Qarabağ Respublikası"nın gerbi yapışdırılmışdı. Bu, sərhədçilərimizin gözündən yayınmadı. Dərhal məsələyə reaksiya verildi və həmin plakat onların özlərinə sökdürüldü. Yalnız bundan sonra həmin avtomobil sərhəddən buraxıldı”.