Laçın-Xankəndi yolu: Aksiya 38 gündür davam edir

Azərbaycanlı eko-aktivistlərin, ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunda təşkil etdikləri dinc etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir kİ, havanın şaxtalı olmasına baxmayaraq, aksiya gecə saatlarında da davam edib.

Aksiyanın 38-ci günündə də iştirakçılar səhəri Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.

Qeyd edək ki, aksiya Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılmasını tələbi ilə keçirilir.