Laçın-Xankəndi yolu: Ekoaksiya 71 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolundakı dinc etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 71-ci günüdür.

Növbəti günə də aədət üzrə Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə başlayan aksiya iştirakçıları vətənpərvər ruhda mahnılar ifa ediblər.

Aksiyanın tələbi və şüarları dəyişməz olaraq qalır. Belə ki, aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına etiraz edilir, bunun dərhal dayandırılması tələb olunur.

Aksiyada “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirilir.