Laçın-Xankəndi yolunda aksiya 45 gündür davam edir

Azərbaycanlı eko-fəalların, ictimaiyyət nümayəndələrinin Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası davam edir.

Sabahinfo.az xəbər verir ki, bu gün aksiyanın 45-ci günüdür.

İştirakçılardan aldığımız məlumata görə, aksiya gecə saatlarında da davam edib.

Aksiya iştirakçıları adəti üzrə səhəri Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.

Qeyd edək ki, aksiya Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbilə keşirilir.