Layihə başladı

Gənclərin fəal iştirakı, sosial və karyera inkişafı sahəsində fəaliyyət göstərən “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ gənclərinin peşə və karyera inkişafı üzrə Qış Məktəbi” adlı maarifləndirici layihə icra etməyə başlayıb. 
 Təşkilat sədri Etibar Əsədovun sözlərinə görə, 3 ay müddətində icra olunan layihənin məqsədi Qarabağ iqtisadi regionun Bərdə, Tərtər, Ağcabədi və Ağdam rayonlarından olan gənclərə peşə bacarıqlarına maraq, peşə hazırlığının yüksəldilməsi və effektiv karyera qurmaları üçün bilik, bacarıq, təcrübələrin aşılanması və gənclərin peşə-karyera inkişafına təkan vermək, bu sahədə milli siyasətin formalaşması üçün şəbəkənin qurulmasıdır.
Onun sözlərinə görə, layihə PR və sosial media fəaliyyətləri ilə peşə təhsilinin təbliği və bu sahəyə region gənclərinin cəlb olunması istiqamətində addımların atılması və Qarabağ iqtisadi regionu gənclərinin peşə təhsili sahəsində fəaliyyət dairələrinin zənginləşməsi üçün şərait yaradılmasını stimulaşdıracaqdır.
Layihə rəhbəri onu da bildirib ki,  icra planına uyğun olaraq Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarından olan 25 nəfər fəal gəncin (hər bir rayondan 6-7 nəfər olmaqla) iştirakı ilə Bərdə şəhərində "Peşə  və karyera inkişafı üzrə Qış Məktəbi" adlı regional təlim kursu keçiriləcək və bölgə gəncləri üçün məlumat-konsaltinq xidmətləri təşkil olunacaqdır.
 
E.Əsədov sonda mətbuat nümayəndələrinə müraciət unvanlayıb: "Hörmətli mətbuat nümayyəndələri Sizə müraciət edərək, Qarabağ gənclərinin peşə və karyera inkişafı sahəsində maariflənməsinə xidmət edəcək bu layihə çərçivəsində 09 – 11 fevral 2023-cü ildə Bərdə şəhərində Tərtər, Ağdam, Ağcabədi və Bərdə rayonlarından olan ümumi 25 nəfər (hər bir rayondan 6-7 nəfər olmaqla) 18-35 yaşlı fəal gənclərin iştirakı ilə Qış Məktəbinin - təlim kursunun işqlandırasında dəstək olmanızı xahiş edirik".