Layihə davam edir

“Mərhəmət” Kimsəzizlərə Yardım ictimai birliyi Əmək və ƏhəlininSosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə “Ahıllar üçün günərzi qayğı mərkəzinin fəaliyyətinin təşkili” layihəsi Qax və Qazax rayonlarında ahıllarla mərkəzdə işlər həyata keçirilir.Ahılları asudə vaxtının səmərəli keçməsi üçün onlara müxtəlif gəzintilər təşkil edir. Onların vaxtlrının səmərəli keçməsi üçün qədimi tarixi yerlərə aparılır və mərkəzdə onların qayğısına qalınır.Ahılların istəyini nəzərə alaraq maraqlı yerlərə səfərləri təşkil edilmişdir. Ahılların ad günləri böyük maraqla qeyd edilir. İstək və arzuları nəzərə alınaraq musiqi ,əyləncələr təşkil edilir.

İstirahətin və asudə vaxtın təşkili istər fiziki, istərsə də psixi sağlamlığı nöqteyi – nəzərindən böyük məna kəsb edir. Ahıllarla gəzintin müxtəlif yerlərdə keçirilməsi onlarda xoş təəssürat, gözəl əhval – ruhiyyə yaradır. layihə Ahılların istəyinə,ehtiyyaclarına uyğun olaraq davam etdirilir.Layihə rəhbəri İradə Polad Nəsirovanın sözlərinə görə müraciyətlərin sayı çoxdur.

Biz çalışırıq ki, az təminatlı ailələrdən olan ahılları qəbul edək. Bu ailələrdə olan qoca insanlar hər zaman özlərini tənha hiss edir. Onların mərkəzə gətirmək və burada onların qayğısına qlmaq bizim borcumuzdur.ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin öz minətdarlığımızı bildiririk. Nəzərinizə çatdıraq ki, Layihə Qax və Qazax rayonunda öz işini uğurla davam edir.