Lənkəranda Şəhid Əli Mehdizadənin xatirə gecəsi keçirilib

Lənkəran şəhər 1nömrəli tam orta məktəbində Vətən Müharibəsində Qəhrəmancasına "Şəhid olmuş XTQ Əli Mehdizadənin Xatirə İşığında"adlı keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə Məktəbin direktoru Nəzakət Abdullayeva açaraq Şəhidin keçdiyi həyat və döyüş yolundan məlumat verib.
Sonra Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı böyük tarixi Qələbəmizdən danışdı
Tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin sektor müdiri Ü.Əliyeva, QMİ-Qazisi Hacı Sədi Axundzadə, "Odlar Yurdu" qrupunun rəhbəri Azər Hüseynov, Lənkəran Şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Məsmə Məmmədova çıxış edərək Şəhid Əli Mehdizadənin göstərdiyi Qəhrəmanlıqdan bəhs ediblər,Şəhidin Atası Məcid Mehdizadə çıxış edərək tədbirə gələn qonaqlara təşəkkür edib "Şəhid Əli Mehdizadənin Xatirə işığında" adlı tədbirin keçirilməsində Əməyi olan bir qrup şəxsə "Təşəkkürnamə" təqdim edib
Tədbirin sonunda məktəblərinin ifasında şeirlər, Vətənpərvərlik ruhunda musiqilər səsləndirilib