IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın tapşırığı ilə təşkilat işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində işlər görəcək.
Azvision.az xəbər verir ki, bunu IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı keçirilən brifinqdə deyib.
S.Şükürov bildirib ki, IDEA işğaldan azad edilmiş ərazilərdə ilk olaraq təbii sərvətlərin qiymətləndirilməsi istiqamətində işlər görəcək. Növbəti addım isə həmin yerlərin bərpası olacaq.