Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, 121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadənin seçiciləri ilə növbəti videoqəbulu keçirilib. Deputat təmsil etdiyi dairədə yaşayan seçicilərini ayrı-ayrılıqda videoqəbul edib. Qəbulda M. Abbaszadə seçicilərini dinləyib, ünvanlanan sualları cavablandırıb. Müraciət edən vətəndaşların problem və təkliflərini dinləyən Mahir Abbaszadə bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini bəyan edib.