MEDİA iki il ərzində özünü doğrultdu - DEPUTAT

12 yanvar 2023 tarixində Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından iki il ötür.

Sabahinfo.az xəbər verir ki, Agentlik iki il öncə Prezident İlham Əliyevin Fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılıb.

Agentliyin əsas məqsədi media subyektlərinin inkişafına şərait yaratmaq, həmçinin, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görməkdir.

MEDİA yarandığı gündən jurnalistlər üçün müxtəliflər təlimlər, seminarlar keçirir. Bu təlim və seminarlarda xarici və yerli media mütəxəssisləri iştirak edib.

Agentliyin fəaliyyəti ilə bağlı 7NEWS.az-a açıqlama verən millət vəkili Cavid Osmanov MEDİA-nın son iki ildə ciddi işlər gördüyünü deyib: "MEDİA Agentliyinin yaranması münasibəti ilə bütün jurnalistikamızı təbrik edirəm. İki il öncə Cənab Prezident İlham Əliyevin Fərmanı ilə yaranan Agentlik qısa zamanda özünü doğrultdu. Qeyd etməliyəm ki, Agentlik son 2 il ərzində çox vacib, əhəmiyyətli şlər görüb. Bura jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması, redaksiyalara dəstək, seminarların, təlimlərin keçirilməsi, onların fəaliyyətlərinin şaxələndirilməsi, yerli və beynəlxalq layihələrin reallaşması daxildir. Bütün bu proseslər, bu layihələr birmənalı şəkiıdə mediamızın inkişafını stimullaşdırır. Təbii ki, bununla işimiz bitmiş sayıla bilmız. Qarşıda böyük hədəflər var, böyük işlər var. Bu istiqamətdə Agentliyə və jurnalistikamıza uğurlar arzu edirəm."