"Mən müstəqil deputatam" - Musa Qasımlı

“Mən müstəqil deputatam, daim baxışlarımda müstəqil olmuşam”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin 19 dekabr 2023-cü il tarixli iclasında deputat Musa Qasımlı deyib.

“Hesab edirəm ki, YAP-nın qərarı dövlətimizin xeyrinə hesablanıb. Çünki cənab İlham Əliyev dövlətimizin arzularını reallaşdıran, üstümüzdəki ləkəni silən görkəmli dövlət adamı, siyasi xadimdir. Siyasi partiyalar demokratik cəmiyyətin bir normasıdır. Seçkiləri baykot etmək bir siyasi partiyanın müstəsna hüququdur. Ancaq partiyalar seçkilərdə iştirak etmək, hakimiyyətə gəlmək üçün yaradılıb. Seçkilərdə iştirak etməyən partiyalar necə hakimiyyətə gələcək? İlham Əliyevin alternativi yoxdur”./bakivaxti.az