Mənsum İbrahimov:"Elnur Hüseynov Türkiyəni təmsil etsə..."

Məşhur türk müğənnisi və aktyoru Özcan Dənizin Elnur Hüseynovla bağlı təklifi Azərbaycan sənətçilərini də biganə qoymayıb.  Tanınmış xanəndəmiz, Respublikanın Xalq artisti Mənsum İbrahimov bunları söyləyib: "Elnur Hüseynov "Avroviziya 2015” müsabiqəsində Türkiyəni təmsil etsə, mən bunu yalnız alqışlaya bilərəm. Düşünürəm ki, Özcan Dənizin təklifini Elnur müsbət cavablandırsa, bu Azərbaycana ancaq xeyir ola bilər. Hələ 90-cı illərin əvvəllərində Azərbaycan mədəniyyət xadimləri Türkiyənin opera sənətinin dirçəlməsində böyük rol oynamışdı. Və azərbaycanlı müğənninin qardaş ölkəni belə bir mühüm yarışmada təmsil etməyi Azərbaycan musiqisinin və mədəniyyətinin necə də güclü olmağının göstəricisidir. Vaxt var idi xarici ölkə vətəndaşı bizi "Avroviziya”da təmsil edirdi ki, biz uğurla çıxış edək. İndi isə bizdən digər ölkə müğənni istəyir. Bunun nəyi pisdir ki?”.