"Meşəlidə cinayətləri törədənlərdən biri də Xaçatryan idi" - Zərərçəkmiş

Meşəlidə törədilən cinayətlərin başında duranlardan biri də Vaqif Xaçatryan idi. Ermənilərin hücumu zamanı mən iki güllə yarası almışdım.

Sabahinfo.az xəbər verir ki, bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Salman Rəhimov söyləyib.

O bildirib ki, həmin hadisə zamanı bacısı və nənəsi də yaralanıb: “Nənəm baş nahiyəsindən ağır yaralanıb. Bundan əlavə, babam da zərər çəkib”.

Zərərçəkmişin sözlərinə görə, ermənilər avtomatlardan və digər atıcı silahlardan kəndi və insanları atəşə tuturdular.