Məşhur serialın qəhrəmanı öldü

Məşhur "Amerikanın dəhşət hekayəsi” ("American Horror Story”)serialının qəhrəmanı Ben Vulf 34 yaşında dünyasını dəyişib.  Ötən həftə hərəkətdə olan maşının yan şüşəsinə başı dəyən aktyor ağır travma alaraq xəstəxanaya yerləşdirilmişdi. Vəziyyəti ağır qiymətləndirilən Vulfun həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, Ben adıçəkilən serialda Mipa obrazını canlandırıb. Ekran işinin rejissoru Rayan Merfi, aktyor Evan Piters B.Vulfun ölümü ilə bağlı başsağlığı veriblər.