Mifləri məhv edən 44 gün

"10 noyabr tarixli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu". SABAHİNFO,AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib. Onun sözlərinə görə, mifləri məhv etdi: "Sözün hər mənasında dastana çevrilən Vətən müharibəsi. Sonu zəfərlə bitən bir savaş qədim torpaqlarımızın Ermənistan tərəfindən uzun illər davam edən işğalını sonlandırdı. 44 gün davam edən Vətən müharibəsi daim başqa dövlətlər tərəfindən gizli və ya aşkar silahlandırılan və özünü “güclü” sayan erməni faşistlərinin uydurma miflərini məhv etdi. Qarabağımız artıq Azərbaycanın ayrılmaz bir hissəsidir və dünya durduqca bu belə də qalacaqdır. İşğal illəri ərzində tamamilə dağıdılan yurdlarımız bir-bir bərpa edilir, yurddaşlarımız artıq öz evlərinə dönürlər. 44 gün ərzində döyüş meydanlarında dastan yazan Azərbaycan ordusu, siyasət meydanında dastan yazan Ali Baş Komandan cənab İlham Əliyev, Ordusunun, dövlətinin ətrafında sıx birləşib ürəyi cəbhəylə döyünən bir Millət! Bu birlik, bütövlük üçün canından keçən Şəhidlərimizin ölməz ruhları qarşısında baş əyir, Qazilərimizə Allahdan şəfa diləyirik".