Millət vəkili sabiq nazirin vəfatından yazdı

Milli Məclisin deputatı Elnur Allahverdiyev vəfat edən sabiq iqtisadiyyat naziri Namiq Nəsrullayevlə bağlı paylaşım edib.

Sabahinfo.az xəbər verir ki, E.Allahverdiyev feysbuk hesabındakı paylaşımında qeyd edib:

“Bu gün yaxından tanıdığım, vaxtilə atamla dost olmuş Namiq Nəsrulla oğlu Nəsrullayev ömrünün 78-ci ilində dünyasını dəyişib. N.Nəsrullayev 1996-2001-ci illərdə iqtisadiyyat naziri, 2001-2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri olub. Ziyalı, dövlətə və dostluğa sadiq olan adam idi. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət etsin!”.