Millət vəkili Səbinə Xasayeva Korgöz qəsəbəsində   bir qrup vətəndaşı qəbul edib

  12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva   dekabrın 14-də  Korgöz bələdiyyəsinin inzibatı binasında bir qrup vətəndaşı fərdi şəkildə  qəbul edərək onların  müraciət və təkliflərini dinləyib.  
 Vətəndaşlar qəsəbədə fərdi evlərin sənədləşdirilməsi,yarımçıq qalmış kanalizasiya sisteminin yenidən qurulması və yeni yaşayış massivində kanalizasiya  xətlərinin ana xəttə birləşdirilməsi,qəsəbəyə fasiləsiz su  verilməsinin təmin edilməsi,  avtobus dayanacağının  quraşdırılması, asfalt örtüyü çəkilmiş yolların işıqlandırılmasının başa çatdırılması,məhəllədaxili yolların təmiri və asfaltlaşdırılması, özünüməşğulluq proqramına cəlb edilmələri,onlara ünvanlı sosial yardım təyin edilməsi, işə qəbul olunmaları və bəzi sosial məsələlərlə bağlı müraciət ediblər.
Qəbulda vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi məqsədilə qeydə alınıb. Vətəndaşların müraciətləri  müvafiq qurumlara təqdim edilmək üçün millət vəkili Səbinə Xasayeva tərəfindən nəzarətə götürülüb. 
 Müraciət edənlər qəbul zamanı onlara göstərilən diqqət və qayğıdan  razı qaldıqlarını bildiriblər, hər belə qəbul və görüşlərin  dövlət başçısının vətəndaşların qəbulu və onların problemlərinin həllinə köməklə bağlı verdiyi tövsiyyələrin yerinə yetirilməsinin təzahürü olduğunu qeyd ediblər.