Millət vəkilləri Əminə Ağazadə və İlham Məmmədov səfirlikdə olub

İraqın paytaxtı Bağdad şəhərinə səfər zamanı Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə və Milli Məclisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov Azərbaycanın İraqdakı səfirliyinə gələrək, burada əməkdaşlarının iş şəraiti və səfirliyin inzibati binası ilə yaxından tanış olublar. Deputatlar Azərbaycan nümayəndə heyətinin APA-da işinin təşkilində göstərdikləri xüsusi diqqət və peşəkarlığa görə səfirlik əməkdaşlarına təşəkkürlərini bildiriblər.