Milli Məclisin deputatı Ağdaşda görüş keçirib

Ağdaşda Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov seçiciləri ilə növbəti görüş keçirib.

Rayonun Heydər Əliyev mərkəzində baş tutan görüşdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova da iştirak edib.

Fərdi qaydada keçirilən qəbul zamanı seçiciləri narahat edən məsələlər dinlənilib, müraciətlər qeydə alınıb, vətəndaşlara müvafiq izahatlar verilib.

Bəzi məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin həlli istiqamətində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görüləcəyi, aidiyyəti orqanlara sorğular göndəriləcəyi vurğulanıb.

Ağdaş sakinləri onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edib, ölkə, eləcə də rayon əhəmiyyətli bütün işlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.