Milli Məclisin deputatları ilə YAP Gəncə şəhər təşkilatında görüş

Gəncə şəhərindən Milli Məclisə seçilən deputatlarla YAP Gəncə şəhər təşkilatının kollektivinin növbəti görüşü keçirilib.

Görüşdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Naqif Həmzəyev, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, təşkilatın əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan, yarandığı gündən keşməkeşli yol keçərək, ümumxalq partiyasına çevrilən, bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının siyasi proseslərdə böyük uğurlara imza atmasından danışıb.

”Bu gün Prezident canab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası milli maraqlarımızı ləyaqətlə təmsil edir. Hər bir partiya üzvü ölkəmizin hərtərəfli inkişafına öz töhfələrini verir. Ölkə başçmızın qeyd etdiyi kimi “YAP bu gün təkcə ölkəmizin aparıcı siyasi qüvvəsi deyil, bütövlükdə Cənubi Qafqazın ən böyük partiyasıdır” – deyə Ramil Orucov qeyd edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Yeni Azərbaycan Partiyasının 30 illik tarixi yoluna qısa bir nəzər salaraq, partiyanın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planından danışıb, yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib: “30 illik şərəfli və zəngin siyasi inkişaf yolunun öyrənilməsi, təbliğ edilməsi məqsədilə işlərin görülməsi, tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir”.

YAP Təftiş Komissiyasının üzvü, millət vəkili Naqif Həmzəyev partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə də strateji prioritetlərdən irəli gələn vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə yeni imkanlar, dayanıqlı, etibarlı və möhkəm zəmin yaratdığını qeyd edib.

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov bildirib ki, YAP-ın yaradılmasının 30-cu ildönümünü qürurla, iftixarla qarşılayır və qeyd edirik. Müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü - qüdrətli dövlətə çevrilməsi Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Müşfiq Cəfərov onu da qeyd edib ki, 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası qalib xalqımızın Zəfər partiyasıdır.

Tədbirdə o da əminlik qeyd edilib ki, 44 günlük Vətən Müharibəsindəki Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Yeni Azərbaycan Partiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümünə hazırlıqla bağlı fikir mübadiləsi aparılıb və tövsiyyələr verilib.