“Milli-mənəvi dəyərlər gənclərin monolit ailə institutunun əsasıdır” layihəsi icra olunmağa başladı

"Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə"Milli-mənəvi dəyərlər gənclərin monolit ailə institutunun əsasıdır”adlı araşdırma, maarifləndirmə, PR və sosial fəaliyyətli layihənin icrasına başlayıb.

3 ay müddətində (20 dekabr 2022-ci il – 20 mart 2023-cü il) Şirvan şəhəri, Biləsuvar, Salyan və Neftçala rayonlarında həyata keçiriləcək layihə erkən nikahlar və qohumlar arasında nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə və ümumilikdə monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlərin və ailə ənənələrinin aşılanmasını nəzərdə tutur.

Layihə adı çəkilən bu bölgələrdə erkən nikahlar və qohumlar arasında nikahlarla daha effektiv və kreativ mübarizə üçün yerli icra hakimiyyəti, ailə, qadın və uşaq problemləri ilə məşğul, səhiyyə, təhsil, gənclər və idman, KİV, QHT, din, ağsaqqal institutları tərəfindən səmərəli və birgə əməkdaşlığını və bu təşkilat nümayəndələrinin bu sahədə bilik, bacarıq və potensialının yüksəldilməsini əsas hədəfləyir.

Layihə çərçivəsində 4 regionda mövzuya dair sorğu və araşdırmanın aparılması, obyektiv hesabatın hazırlanması, yerli məsul şəxslər üçün "capacity building” təlimlərinin keçirilməsi, nəticələrin təhlili, qiymətləndirilməsi və geniş arealda maarifləndirici, təbliğati, PR və sosial media fəaliyyətləri təşkil olunacaqdır.

Layihə davamlılıq, gələcək nəticəyönümlü və requlyar addımlar üçün erkən nikahlar və qohumlar arasında nikahlarla mübarizəyə və onlara çevik reaksiya verməkdən, onların yayılma arealını azaltmaq üçün milli-mənəvi dəyərlər, monolit ailə institutu ənənələri və sağlam milli genefondun təsir mexanizmlərinə dair təklif, tövsiyyə və dayanıqlı fəaliyyət modullarının hazırlanmasını da nəzərdə tutur.