Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb

Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi olub. 

Sabahinfo.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Kəmalə Hüseynova yaşadığı mənzildə dəm qazından zəhərlənib.

Xəstəxanaya çatdırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.