Minimum pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək

"Minimim əmək pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, əmək pensiyalarının minimum məbləğinin artırılması ölkədə həyata keçirilən sosial islahatların tərkib hissəsidir və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məcəlləsin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunur.