"MSK qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdirir" - Məzahir Pənahov

Mərkəzi Seçki Komissiyası qanun pozuntularına qarşı barışmaz mövqe nümayiş etdirir.

Sabahinfo.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.

O deyib ki, bütün seçki məntəqələri qanun çərçivədə fəaliyyət göstərir:

“Seçkilərlə bağlı bütün tərəflər öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir”.